Heydər Əliyev və ədəbi-tarixi proses
Müəllif | Əhmədova Salatın Alı qızı |
---|---|
Nəşr olunduğu il | 2013 |
Elm sahəsi | Siyasət. Siyasi elmlər |
Nəşriyyat | Elm |
Nəşr yeri | Bakı |
Əhmədova Salatın Alı qızı. Heydər Əliyev və ədəbi-tarixi proses. Bakı, Elm, 2013.
Filologiya üzrə fəlsəfə doktoru Salatın Əhmədovanın monoqrafiyası dünya şöhrətli siyasətçi, müstəqil Azərbaycanın memarı, böyük mütə-fəkkir Heydər Əlirza oğlu Əliyevin ədəbi-nəzəri irsinə həsr olunub. Bədii-fəlsəfi fikirlərlə zəngin Azərbaycan ədəbiyyatı Ulu öndər üçün hər şeydən öncə Azərbaycan xalqını dünyada tanıtmaq, onun qədimliyini, bəşəri düşüncəyə malik olmasını sübut etmək, türk xalqlarının birliyini nümayiş etdirmək vasitəsi idi. Ədəbiyyat H.Əliyev üçün istiqlal məfkurəsi olan azərbaycançılıq fəlsəfəsinin məxəzi idi. Onun ədəbiyyat və mədəniyyət haqında konsepsiyaları Azərbaycan dövlətçiliyinin mənafe-lərinə tabe edilmişdi.
Kitab Heydər Əliyevin milli sərvətimiz olan nəzəri-fəlsəfi irsinin qədrini bilənlər bütün Azərbaycan oxucuları üçün nəzərdə tutulub.