GERIYƏ

Şirvanşahlar sarayı: tarix, həqiqətlər, mülahizələr: elmi-praktik konfrans

Müəllif
Nəşr olunduğu il 2015
Elm sahəsi Tarix
Nəşriyyat Elm və təhsil
Nəşr yeri Bakı

. Şirvanşahlar sarayı: tarix, həqiqətlər, mülahizələr: elmi-praktik konfrans. Bakı, Elm və təhsil, 2015.

İslam ölkələrinin memarlıq tarixində saraylar dağıntılara daha çox uğrayan binalar olmuşdur. Hər bir işğalçı özünün qələbə təntənəsini çox vaxt məğlub etdiyi hökmdarın sarayını uçurmaqla başlayırdı. Hakimiyyətdən getmiş sülalələrin sarayları isə baxımsızlıqdan və insan biganəliyindən yavaş-yavaş dağılaraq yox olurdu. Ona görə bu gün ərəb ölkələrindən Orta Asiyayaycan geniş ərazidə əski saray və qəsr komplekslərinin ancaq xarabalıqlarına tuş gəlinir. İslam dünyasında salamat qalan saray binalarının çoxunun tarixi XVII-XVIII əsrlərdən qədimə getmir. Yalnız İspaniyada qalmış orta əsr ərəb memarlığının şah əsərlərindən biri sayılan Əl-Həmra (XIV əsr) və İstanbuldakı Çinili Köşk (XV əsr) sarayları bu baxımdan istisna təşkil edir.