Şəhidliyə aparan sevgi
Müəllif | Əliyeva Lətifə Ziyad qızı |
---|---|
Nəşr olunduğu il | 2018 |
Elm sahəsi | Hərbi iş |
Nəşriyyat | Araz nəşriyyatı |
Nəşr yeri | Bakı |
Əliyeva Lətifə Ziyad qızı. Şəhidliyə aparan sevgi. Bakı, Araz nəşriyyatı, 2018.
Bu kitab 2016-cı ilin aprel ayında baş vermiş, yaxın və uzaq tarixə "Aprel döyüşləri" kimi düşən və düşəcək 5 günlük müharibədə igidliklə vuruşaraq şəhidlik zirvəsinə yüksəlmiş həmyerlimiz Vahabzadə Mikayıl Yaqub oğlu haqqındadır. Tabii ki, bir kitab nə dərəcədə yaxşı yazılır-yazılsın, şəhid haqqında nə qədər gözəl sözlər deyilir-deyilsin, o insanı nə hayata, nə də ailəsinə qaytara bilməz. Ancaq əbədiyaşar olan, yeri. mövqeyi haqqın dərgahında olan Şəhidi oxuculara daha yaxın-dan tanıda, onun qısa, lakin mənalı ömür yolunu nəsillərə nümunə kimi təqdim edə bilər.