Qalibiyyət: şahidlər və şəhidlər - cild 2
Müəllif | Aida Eyvazlı Göytürk |
---|---|
Nəşr olunduğu il | 2018 |
Elm sahəsi | Hərbi iş |
Nəşriyyat | Mütərcim |
Nəşr yeri | Bakı |
Aida Eyvazlı Göytürk. Qalibiyyət: şahidlər və şəhidlər - cild 2. Bakı, Mütərcim, 2018.
2016-cı ilin Aprel döyüşləri zamanı Azərbaycan dövlət, ordu və xalq olaraq, daha bir böyük imtahandan uğurla keçdi. Həmin döyüşlər erməni işğalı altındakı ərazilərimizin azad edilməsi uğrunda savaşın önəmli mərhələlərindən biri kimi tarixə düşdü. Azərbaycan ordusunun gücü, əsgərimizin qəhrəmanlığı o döyüşlərdə yenidən parlaq şəkildə təzahür etdi. Nəticədə, xalqımız erməni təcavüzünə qarşı müba-rizədə uzun müddətdən bəri arzuladığı zəfər sevincini daddı. Doğma torpaqlarımızın bir qismi məhz bu zəfər sayəsində işğaldan qurtuldu.