Qəhrəmanlıq yüksəkliyi
Müəllif | Güləmail Murad |
---|---|
Nəşr olunduğu il | 2018 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Elm və təhsil |
Nəşr yeri | Bakı |
Güləmail Murad. Qəhrəmanlıq yüksəkliyi. Bakı, Elm və təhsil , 2018.
İstedadlı şair Güləmail Muradın «Qəhrəmanılıq yüksəkliyi» kitabı Azərbaycanın Milli Qəhrəmanı Şükür Həmidovun keçdiyi həyat yoluna, Aprel döyüşlərində göstərdiyi qəhrəmanlığa və bütünlükdə Aprel döyüşlərinin tarixi əhəmiyyətinə, fəlsəfəsinə həsr olunub. Bun-dan əvvəl müəllifin Aprel döyüşlərinə həsr olunmuş iki kitabı: «Qayıdış və «Aprel döyüşləri» kitabları çap olunub. Bu kitablarda şair Aprel döyüşlərinin xalqımıza verdiyi ruh yüksəkliyindən ədəbi-bədii dildə söhbət açır. Azərbaycan əsgərlərinin həm əxlaqı, mənəviyyatı, peşəkarlığı, həm də insan və vətənə sevgisi hər üç kitabın əsas ideyasını təşkil edir. Hər bir gənc üçün bu əsl məktəb, Vətən dərsidir. İnanırıq ki, Güləmail Muradın «Qəhrəmanlıq yüksəkliyi» kitabı da qədirbilən oxucular tərəfindən maraqla qarşılanacaq.