GERIYƏ

Şəbəkələşmə

Müəllif Con Uorner
Nəşr olunduğu il 2015
Elm sahəsi Sosial elmlər
Nəşriyyat
Nəşr yeri Bakı

Con Uorner. Şəbəkələşmə . Bakı, , 2015.

“Bu həyatda tanış olmaq və ya əlaqə yaratmaq istədiyiniz hər hansı bir şəxs sizdən cəmi 5-6 nəfərlik “ünsiyyət məsafəsi”ndədir”, – Con Uorner “Şəbəkələşmə” kitabında qeyd edir. Müəllif şəbəkələşməni həm iş, həm şəxsi həyatımızda faydalana biləcəyimiz başlıca ünsiyyət və həyat bacarığı olaraq qəbul edir. Kitabda effektiv şəbəkələşmə münasibətlərinə aparan 4 mərhələdən ibarət “LINK” modeli ətraflı izah edilir: “Learning” – öyrənmə (həm özümüzün, həm də digərlərinin ehtiyacları haqqında); “Investing” – yatırım (güclü əlaqələr, münasibətlər qurmaq); “Nurturing” – inkişaf etdirmə (münasibətləri gücləndirmək); “Keeping” – qoruyub saxlama (münasibətlərin tempini qoruyub saxlamaq). Bu əsas mərhələlər üzrə irəlilədikcə müəllif effektiv şəbəkələşmə üçün vacib olan 7 başlıca səriştəni açıqlayır. Bu səriştələrə xasiyyət/xarakter, strateji planlaşdırma, mütəşəkkillik, inkişaf etdirmə qabiliyyəti, ünsiyyət bacarıqları, sosial iştirak və əzmkarlıq aiddir.