GERIYƏ

Təsiretmə

Müəllif Riçard Stori
Nəşr olunduğu il 2015
Elm sahəsi İqtisad elmləri
Nəşriyyat
Nəşr yeri Bakı

Riçard Stori. Təsiretmə. Bakı, , 2015.

"Təsiretmə – biznesin görə bilmədiyimiz mühərrik yağıdır; maliyyə anlayışından belə daha vacib bir idarəetmə bacarığıdır və müəssisənin balans hesabatı ilə eyni dərəcədə əhəmiyyətə malikdir. Riçard Stori bu sahənin bilicisidir. Onun bu əhatəli kitabı rəhbərlərin (menecerlərin) bu gün tez və asanlıqla əldə edə biləcəkləri ən dolğun təlimat vəsaitidir". Təsiretmə bacarıqları bütün uğurlu ünsiyyət formalarının əsasını təşkil edir. Riçard Stori “Təsiretmə” kitabında təsiretmə tərzlərini təhlil edir, ünsiyyət zamanı qarşılıqlı anlaşma və harmoniyaya nail olmağın, fərqli şəxsiyyət tipləri ilə dil tapmağın, müqaviməti idarə etməyin və nəhayət, ən əsası, bir qərara varmağın yollarını izah edir. Kitabın bu yeni, ikinci nəşrində təsir etməyin 5 asan addımı, 8 təsiretmə tərzi, qarşılıqlı anlaşma və harmoniyaya nail olmağın 10 səbəbi, hər biri üzrə fərqli təsiretmə metodlarının tətbiq edildiyi 4 şəxsiyyət tipi ilə tanış olacaqsınız. Amerika İdarəetmə Assosiasiyasının 2800 rəhbər şəxs arasında keçirdiyi sorğuda “Bu günün iş dünyasında uğur qazanmaq üçün, ilk növbәdә, nә etmәliyәm?” sualına respondentlərin əksəriyyəti belə cavab vermişdir: “İnsanları öz dәyәrimә vә ideyalarımın dәyәrinә inandırmalıyam”. Müəllif Riçard Stori təsiretmə və inandırıcı ünsiyyət mövzusunda başqa nəşriyyatlar üçün bir sıra kitablar yazmışdır.