Şuşa tarixi mənbələrdə: biblioqrafiya
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2022 |
Elm sahəsi | Mədəniyyət |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
. Şuşa tarixi mənbələrdə: biblioqrafiya. Bakı, , 2022.
Azərbaycan Milli Kitabxanasının hazırladığı “Şuşa tarixi mənbələrdə” adlı biblioqrafiya Şuşaya həsr olunmuş ikinci fundamental biblioqrafiyadır. Şuşanın 270 illiyi münasibətilə tərtib olunmuş biblioqrafiyada Şuşanın tarixi, ictimai-siyasi həyatı, tarixi və memarlıq abidələri haqqında kitablar, dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş zəngin materiallar öz əksini tapmışdır. Kitabda Şuşa haqqında digər xarici dillərdə olan materiallar, eləcə də dünya
milli və universitet kitabxanalarında saxlanılan ədəbiyyatlar ayrıca bölmələrdə verilmişdir. Biblioqrafiyanın sonunda “Əlavələr” bölməsində Şuşanın tarixinə dairn qiymətli arxiv sənədləri də öz əksini tapmışdır. Biblioqrafiya tarixçilər, politoloqlar, elmi tədqiqatçılar, kitabxanaçı-biblioqraflar və geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.