GERIYƏ

Azərbaycanda tolerantlıq ənənəsi

Müəllif
Nəşr olunduğu il 2015
Elm sahəsi Tarix
Nəşriyyat Nurlar
Nəşr yeri Bakı

. Azərbaycanda tolerantlıq ənənəsi. Bakı, Nurlar, 2015.

Tolerantlığın, fərqli düşüncə və əqidələrə qarşı dözümlü münasibətin müasir dünyamızda ən çox müzakirə edilən mövzu lardan olduğunu desək, yanılmarıq. Paradoksal bir haldır ki, elmi-texniki inkişafın zirvəsinə çatmış bəşəriyyət sülhpərvər lik, birgəyaşayış, dini və ideoloji dözümlülük baxımından o qədər də məsafə qət etməmişdir. Hətta elmi-texniki inkişaf əsri olan XX əsr, eyni zamanda, mədəniyyətlərarası və dövlətlərarası dözümsüzlüyün də “inkişaf” əsri olmuşdur. Çox təəssüf ki, bu proses indi də davam edir, dünyanın müxtəlif bölgələrində dini dözümsüzlük və fanatizm halları tüğyan edir. Məhz bu sə bəbdən tolerantlıq ənənəsinin inkişaf etdirilərək dünyanın bütün bölgələrində bərqərar edilməsi hazırda bəşəriyyətin qarşısında duran ən mühüm məsələlərdəndir.