Heydər Əliyev və Qafqaz problemləri
Müəllif | Musa Qasımlı, Elnur Kəlbizadə, Günel Musayeva, Samirə Həbibbəyli |
---|---|
Nəşr olunduğu il | 2023 |
Elm sahəsi | Siyasət. Siyasi elmlər |
Nəşriyyat | Aspoliqraf |
Nəşr yeri | Bakı |
Musa Qasımlı, Elnur Kəlbizadə, Günel Musayeva, Samirə Həbibbəyli. Heydər Əliyev və Qafqaz problemləri. Bakı, Aspoliqraf, 2023.
Mötəbər mənbə və ədəbiyyatlardan istifadə edilməklə yazılmış kitabda Ulu öndər Heydər Əliyevin Qafqaz problemlərinə münasibəti araşdırılmışdır. Heydər Əliyevin çıxışları, nitqləri və müsahibələrinin toplandığı "Müstəqilliyimiz əbədidir çoxcildliyi əsasında onun Qafqaz məsələlərinə baxışları, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində yaradılmış Dağlıq Qarabağ, həmçinin Çeçenistan, osetin-inquş. gürcu-abxaz, Tsxinvali (gürcü-osetin). Samtsxe-Cavaxeti münaqişələrinin dine siyasi vasitələrlə tənzimlənməsi, Azərbaycan Respublikasının Rusiya, Gürcüstan, Türkiyə və İranla münasibətlərinin inkişaf etdirilməsində fəaliyyətləri tədqiq olunmuşdur.
Kitab regionşünaslar, politoloqlar, tarixçilər, diplomatlar, siyasətçilər, tələbələr, magistrlar, həmçinin Heydər Əliyevin siyasi və dövlətçilik fəaliyyəti ilə maraqlanan geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.