GERIYƏ

Yeniyetmə və gənclərin asudə vaxtının təşkili

Müəllif Nəzakət İmamverdiyeva, Səbinə Cəfərova, Nərminə Mirzəliyeva
Nəşr olunduğu il 2023
Elm sahəsi Sosial elmlər
Nəşriyyat Füyuzat
Nəşr yeri Bakı

Nəzakət İmamverdiyeva, Səbinə Cəfərova, Nərminə Mirzəliyeva. Yeniyetmə və gənclərin asudə vaxtının təşkili. Bakı, Füyuzat, 2023.

Asudə vaxt şəxsiyyətin intellektual və fiziki təmayül və qabiliyyətlərinin inkişafına, sosial tələbatının ödənilməsinə xidmət edir. Bu mənada asudə vaxt, hər şeydən əvvəl, mənəvi, ictimai sərvət meyarıdır. Tələbələrdən nə üçün asudə vaxtlarını keçirə bilmədiklərini soruşduqda onların cavabları belə oldu: Mənim mühitimdə bu cür fəaliyyətlər üçün heç bir obyekt, avadanlıq, material yoxdur və heç kim məni asudə vaxtlarda necə iştirak etməyimlə bağlı istiqamətləndirmir.