Heydər Əliyev İqtisadi Müstəqilliyimizin Banisidir
Müəllif | Mehriban Alişanov |
---|---|
Nəşr olunduğu il | 2006 |
Elm sahəsi | Siyasət. Siyasi elmlər |
Nəşriyyat | Çinar-Çap |
Nəşr yeri | Bakı |
Mehriban Alişanov. Heydər Əliyev İqtisadi Müstəqilliyimizin Banisidir. Bakı, Çinar-Çap, 2006.
Dünya şöhrətli siyasi xadim, keçmiş Sovet İttifaqının rəhbərlərindən biri, 30 ildən artıq Azərbaycana rəhbərlik etmiş dahi şəxsiyyət Heydər Əliyev haqqında düşüncələrim həyatımın ilk gənclik illərində formalaşmasına baxmayaraq, ulu öndərə, onun tarixi xidmətlərinə həsr olunmuş məqalə və kitab yazmağa cürət etmirdim. Daha doğrusu, bütün həyatını və siyasi fəaliyyətini Azərbaycan xalqının xoşbəxt gələcəyinə, firavanlığına, müstəqil Azərbaycan dövlətçiliyinin yaranmasına və möhkəmlənməsinə həsr etmiş Heydər Əliyevin ölkəmizin daha da qüdrətlənməsi naminə gördüyü irimiqyaslı quruculuq işlərinin, aparılan əsaslı iqtisadi islahatların mahiyyətini, əhəmiyyətini və onun artıq reallığa çevrilən nəticələrini dahi şəxsiyyətin adına layiq tədqiq edə bilməyəcəyimdən çəkinirdim.