GERIYƏ

Avropa İnsan Hüquqları Məhkəməsi. Dərs vəsaiti

Müəllif Zaur Əliyev
Nəşr olunduğu il 2012
Elm sahəsi Hüquq elmləri
Nəşriyyat «AZSEA»
Nəşr yeri Bakı

Zaur Əliyev. Avropa İnsan Hüquqları Məhkəməsi. Dərs vəsaiti. Bakı, «AZSEA», 2012.

Dərs vəsaitində Avropa İnsan Hüquqları Məhkəməsinin təşkili və fəaliyyətinin bir sıra nə zəri və praktik aspektləri işıqlandırılmışdır. Əsas diqqət Avropa İnsan Hüquqları Məh kə məsinin beynəlxalq hüquqi statusu, predmet, ərazi, şəxslərə, zamana görə yurisdiksiyası, həmçinin məsləhət rəyləri verməklə bağlı yurisdiksiyası, Avropa Məhkəməsinə müraciət edilməsi qaydası, şikayətlərə baxılma mexanizmi, Avropa Məhkəməsinin qərarları, onların hüquqi qüvvəsi və icrası, həmçinin qərarların milli hüquqa təsiri və bununla bağlı bir sıra digər məsələlərin şərhinə yönəldilmişdir. Eyni zamanda Avropa İnsan Hüquqları Məhkə mə sinin yurisdiksiyasının digər beynəlxalq hüquq müdafiə mexanizmlərinin yuris diksiyaları ilə müqayisəli təhlili verilmişdir. Kitab hakimlər, vəkillər, insan hüquqları müdafiəçiləri, elmi işçilər, habelə hüquqşünaslıq və beynəlxalq hüquq ixtisasları üzrə təhsil alan tələbələr üçün nəzərdə tutulmuşdur.