GERIYƏ

Aclıq oyunları

Müəllif Suzanne Collins
Nəşr olunduğu il 2014
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Qanun
Nəşr yeri Bakı

Suzanne Collins . Aclıq oyunları. Bakı, Qanun , 2014.

Nə qədər ki, bəşəriyyət var, insanlar mövcuddur, despot rejimlər, totalitar dövlət nəzarəti, insanlar üzərində işgəncə yolu ilə hakimiyyətlərini bərqərar etmək də mövcud olacaq və insan azadlığı problemi öz əhəmiyyətini itirməyəcək. Yazıçı qəddar rejimin hökm sürdüyü xəyali Panem dövləti və bu dövlətdə vaxtı ilə baş vermiş olan böyük üsyanı və aclıq dönəmini xalqa xatırlatmaq üçün hər il düzənlənən aclıq oyunları vasitəsi ilə bir çox problemlərə toxunub. Mənim həyatda istəyim, cəmiyyətdə yerim nədir? Bərabərlik qorunurmu? Əsas da həyatımı özüm üçünmü yaşayıram, yoxsa başqalarının mənafeyi, rahatlığı və əyləncəsi üçünmü?