Zərrintac - Tahirə. (tarixi roman)
Müəllif | Əzizə Cəfərzadə |
---|---|
Nəşr olunduğu il | 2023 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | SkyG |
Nəşr yeri | Bakı |
Əzizə Cəfərzadə. Zərrintac - Tahirə. (tarixi roman). Bakı, SkyG, 2023.
Azərbaycanın ilk qadın xalq yazıçısı Əzizə Cəfərzadənin "Zərrintac - Tahirə" romanı 19-cu əsrin birinci yarısında indiki İran ərazisində yaşayıb-yaratmış, Şərqdə qadın azadlığı uğrun-da mübarizə aparmış şairə Tahirə xanım Qürrətüleynin (1817-1852) həyatından bəhs edir. Əsərdə onun 1844-1850-ci illərdə Babilər hərəkatında iştirakı da ətraflı şəkildə təsvir edilmişdir. Tarixi roman janrında qələmə alınan bu əsər İranın ictimai, siyasi və iqtisadi mühitini parlaq lövhələrlə işıqlandırır. Geniş oxucu kütləsi üçün nəzərdə tutulub.