GERIYƏ

Dahi şəxsiyyətin nitq fenomenliyi

Müəllif Mübariz Yusifov
Nəşr olunduğu il 1997
Elm sahəsi Siyasət. Siyasi elmlər
Nəşriyyat
Nəşr yeri Bakı

Mübariz Yusifov. Dahi şəxsiyyətin nitq fenomenliyi. Bakı, , 1997.

Oxucuya təqdim edilən bu kitabla tanış olduqda Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin çıxış, nitq və mə'ruzələrinin hamısı bizim xatirimizdə canlanır. Onların bir qismini biz televizor ekranlarında canlı yayımda bilavasitə görmüşük Digər bir qismi reportajlar və xüsusi verilişlər şəklində, yenə də gözümüz önündə yaranmışdır. Tam qətiyyətlə demək olar ki, bu çıxış və nitqlərdə Azərbaycanın keçdiyi ömür əks olunmuşdur. İnsan, vətəndaş, xalq və ölkə budur onun çıxışlarının əsas mövzuları. Budur bizim tariximiz böyük sıçrayışlar və böyük enişlər, böyük şəhidlər, qurbanlar və böyük satqınlıqlar, bizim bu günümüz və dünənimiz.