Seçilmiş əsərləri. XIV cild
Müəllif | Əzizə Cəfərzadə |
---|---|
Nəşr olunduğu il | 2022 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Elm və təhsil |
Nəşr yeri | Bakı |
Əzizə Cəfərzadə. Seçilmiş əsərləri. XIV cild. Bakı, Elm və təhsil, 2022.
Yazıçı Əzizə Cəfərzadənin 1977-1996-cı illərdə yazdığı səfər xatirələri bu cildə daxil edilmişdir. Bu cild, yazıçının ev arxivində saxlanılan əlyazmaları və müxtəlif illərdə çap olunmuş kitabları əsasında nəşrə hazırlanmışdır. Bu cildə yazıçının Estoniya (1977-1978), Rusiyadakı Volqaboyu gəmi səfəri (1979), Özbəkistandakı Səmərqənd-Xarəzm (1986), Suriya (1987), Türkiyə səfərləri (1987-1996), Rusiyada Moskva (1988), Hindistan-Sinqapur-Malaziya (1989), Kipr (1990), İran (1990), İsrail-Hayfa (1995) və eləcə də ölkə daxilindəki Şuşa (1980), Naxçıvan (1981), Ağdam-Qarabağ-Xankəndi-Şuşa (1988) səfərnamələri daxil edilmişdir. Bu səfərnamələrin bir çoxu ilk dəfə nəşr edilir.