GERIYƏ

Seçilmiş əsərləri. XI cild

Müəllif Əzizə Cəfərzadə
Nəşr olunduğu il 2021
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Elm və təhsil
Nəşr yeri Bakı

Əzizə Cəfərzadə. Seçilmiş əsərləri. XI cild. Bakı, Elm və təhsil, 2021.

Yazıçı Əzizə Cəfərzadənin 1969-1982-ci illərdə yazdığı dörd po-vesti bu cildə daxil edilmişdir. İlk iki əsər tarixi mövzudadır. Bunlar eramızdan əvvəl Azərbaycanda yaşayan ulu babalarımız Hunların bu torpağa gəlişinin başlanmasını əks etdirən «Hun dağı və XII əsr-də Naxçıvanda hökmdarlıq etmiş Cəlaliyyə xatunun həyatından bəhs edən Cəlaliyyə» povestidir. "Əllərini mənə ver..." və "Ata haqqı" əsərlərinin mövsusu isə XX əsrin ikinci yarısında Azərbaycanda baş verən hadisələrdən götürülmüşdür. "Hun dağı" və "Cəlaliyyə" povestləri Bakı, "Gənclik", 1981 "Cəlaliyyə" kitabının, "Əllərini mənə ver..." povesti eyni adlı kitabın Bakı, "Gənclik", 1970-ci il nəşri əsasında, "Ata haqqı" isə yazıçının Bakıda 1985-ci ildə "Gənclik" nəşriyyatında dərc edilmiş "Sənsən ümidim" adlı kitabından götürülüb işlənərək bu cildə daxil edilmiş-dir.