Seçilmiş əsərləri. V cild
Müəllif | Əzizə Cəfərzadə |
---|---|
Nəşr olunduğu il | 2021 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Elm və təhsil |
Nəşr yeri | Bakı |
Əzizə Cəfərzadə. Seçilmiş əsərləri. V cild. Bakı, Elm və təhsil, 2021.
Bu cildə daxil edilmiş "İşığa doğru" romanı yazıçı Əzizə Cəfərzadənin "Zərrintac-Tahirə" romanının bir növ davamıdır. Romanda XIX yüzilliyin ikinci yarısında Azərbaycanda İrandan nəşət edən babilik, bəhailik dini cərəyanının yayılması ilə əlaqədar olaraq fana-tizm qurbanları, xüsusilə Nəsrəddin şah dövründə Cənubi Azərbay-canda binəsiblərin bir parça çörək ümidilə müxtəlif dini məzhəblərə qoşulmaları diqqət mərkəzinə çəkilir. Müəllif belə bir qənaətə gəlir ki, zülm, istibdad, dərəbəylik olan ölkələrdə binəsiblərin istismarı davam etdikcə mubarizə də davam edəcək, insan daim işığa doğru can atacaqdır.
Bu cildə daxil edilmiş ikinci əsər, "Bir səsin faciəsi" romanında Azərbaycanın keçmiş Cavad Qaradonlu Şirvan ərazisində baş verən hadisələrdən, ailə-məişət məsələlərindən, əski adət və ənənələrdən bəhs edir. Romanda səsi vala yazılmış Azərbaycanın ilk qadın xanəndəsi Mirzə Güllərin də həyatına nəzər salınır.
Cild müəllifin "İşığa doğru", Bakı, "Şirvannəşr", 1998-ci il və "Bir səsin faciəsi", Bakı, "Azərbaycan Korlar Cəmiyyəti mətbəəsi", 1997-ci il nəşrləri əsasında təkrar çapa hazırlanmışdır.