Seçilmiş əsərləri. III cild
Müəllif | Əzizə Cəfərzadə |
---|---|
Nəşr olunduğu il | 2021 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Elm və təhsil |
Nəşr yeri | Bakı |
Əzizə Cəfərzadə. Seçilmiş əsərləri. III cild. Bakı, Elm və təhsil, 2021.
"Şirvan" seriyalı trilogiyanın üçüncüsü "Yad et məni" romanı Əzizə Cəfərzadənin bu mövzuda çap olunan sonuncu kitabıdır. Birinci "Vətənə qayıt" romanında müəllif göstərirdi ki, xalqımıza yadelli işğalçılardan sülh, əmin-amanlıq lazımdır. "Aləmdə səsim var mənim" adlı ikinci romanda göstərirdi ki, Azərbaycanın Rusiya tərkibinə daxil edilməsindən sonra artıq sülh əldə edilmişdir, indi xalqımıza maariflənmək lazımdır. "Yad et məni" isə XX əsrin əvvəllərində, inqilab illərində xalqımızın həyatı və mübarizəsi tarixçəsinə həsr olunmuşdur. Trilogiyada ayrıca qəhrəman yoxdur, hər üç əsərin birçə qəhrəmanı vardır ki, o da Azərbaycan xalqıdır. Onu da yaddan çıxarmayaq ki, birinci kitabda Nişat Şirvani, ikinci kitabda Seyid Əzim Şirvani, üçüncü kitabda Səhhət və Sabir kimi dövrünün qabaqcıl münəvvər sənətkarları diqqət mərkəzində durmuşlar. Əsər Bakı, "Gənclik", 1980 nəşri əsasında təkrar nəşrə hazırlanmışdır.