GERIYƏ

Seçilmiş əsərləri. II cild

Müəllif Əzizə Cəfərzadə
Nəşr olunduğu il 2021
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Elm və təhsil
Nəşr yeri Bakı

Əzizə Cəfərzadə. Seçilmiş əsərləri. II cild. Bakı, Elm və təhsil, 2021.

Yazıçı Əzizə Cəfərzadənin Şirvanda yaşayıb-yaratmış Azərbaycanın üç görkəmli sənətkarının həyatından bəhs edən trilogiya yazdığı oxuculara məlumdur. Trilogiyada "Vətənə qayıt" XVII əsrin sonu, XVIII əsrin əvvəllərində Nişat Şirvaninin, "Aləmdə səsim var mənim" XIX əsrin görkəmli maarifçi şairi Seyid Əzim Şirvaninin və "Yad et mani" adlı üçüncü hissədə isə XX əsrin əvvəllərində yazıb-yaradan Abbas Səhhətin həyatı fonunda baş verən hadisələr qələmə alınmışdır. Hazırda bu cilddə oxuculara təqdim etdiyimiz "Vətənə qayıt" romanı həmin trilogiyanın birinci hissəsidir. Əsər yeni çapa eyni adlı kitabın Bakı, "Gənclik", 1983 nəşri əsasında hazırlanmışdır.