GERIYƏ

Azərbaycanın tunc dövrü petroqliflərində zoomorf təsvirlər. (Kiçik Qafqaz materialları əsasında)

Müəllif E.M.İmanov
Nəşr olunduğu il 2021
Elm sahəsi Tarix
Nəşriyyat Elm və təhsil
Nəşr yeri Bakı

E.M.İmanov. Azərbaycanın tunc dövrü petroqliflərində zoomorf təsvirlər. (Kiçik Qafqaz materialları əsasında). Bakı, Elm və təhsil, 2021.

Monoqrafiya Kiçik Qafqaz ərazisində yerləşən, Tunc dövrünə aid qayaüstü təsvir abidələrindəki zoomorf rəsmlərin tədqiq olunduğu ilk iri həcmli elmi əsərdir. Əsərdə təsvirlərin işlənmə texnikası, xronologiyası, semantikası, ayrı-ayrı heyvan rəsmlərinin təsnifatı öz əksini tapıb. Digər həmdövr abidələrlə, etnoqrafik materiallarla paralellər aparılaraq zoomorf rəsmlərin Tunc dövrü insanlarının təsərrüfat həyatında, inanc sistemində, mənəvi mədəniyyətindəki rolu müəyyən edilib.