İstiqlal yolu – Etibar Məmmədov (siyasi bioqrafiya). Üç cilddə (II cild)
Müəllif | Zülfüqarlı Məhərrəm |
---|---|
Nəşr olunduğu il | 2025 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | Qanun |
Nəşr yeri | Bakı |
Zülfüqarlı Məhərrəm. İstiqlal yolu – Etibar Məmmədov (siyasi bioqrafiya). Üç cilddə (II cild). Bakı, Qanun, 2025.
Kitab çağdaş Azərbaycan milli azadlıq hərəkatının liderlərindən, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri və İdarə Heyəti üzvü, “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu layihəsinin müəllifi, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin Türkiyə və Pakistan tərəfindən tanınmasında misilsiz xidmətləri olmuş, Azərbaycan Respublikasında rəsmi qeydiyyatdan keçmiş ilk siyasi
partiyanın – Milli İstiqlal Partiyasının yaradıcısı, 1992-2004-cü illərdə partiyanın sədri, hazırda fəxri lideri, 1992, 1998, 2003-cü illərdəki prezident seçkilərində Azərbaycan Respublikası Prezidentliyinə namizəd, 1990 –2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin və 1995-ci ildə Azərbaycan Respublikası Konstitusiya Komissiyasının üzvü, 60-dan artıq ölkənin 80-dən artıq sağmərkəzçi partiyasını özündə birləşdirən Beynəlxalq Demokrat İttifaqının sədr müavini Etibar Səlidar oğlu Məmmədovun 70 illik yubileyi münasibəti ilə üç cilddə hazırlanıb və II cild onun həyat yolunun, milli istiqlal mücadiləsinin ötən əsrin 1990-1995-ci illərdəki dövründən, ictimai-siyasi və elmi fəaliyyətindən bəhs edir.