GERIYƏ

İstiqlal yolu – Etibar Məmmədov (siyasi bioqrafiya). Üç cilddə (I cild)

Müəllif Zülfüqarlı Məhərrəm
Nəşr olunduğu il 2025
Elm sahəsi Tarix
Nəşriyyat Qanun
Nəşr yeri Bakı

Zülfüqarlı Məhərrəm. İstiqlal yolu – Etibar Məmmədov (siyasi bioqrafiya). Üç cilddə (I cild). Bakı, Qanun, 2025.

Kitab çağdaş Azərbaycan milli azadlıq hərəkatının liderlərindən, Azərbaycan Xalq Cəbhəsinin yaradıcılarından biri, “Azərbaycan Respublikasının Dövlət Müstəqilliyi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu layihəsinin müəllifi, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin Türkiyə və Pakistan tərəfindən tanınmasında misilsiz xidmətləri olmuş, Azərbaycan Respublikasında rəsmi qeydiyyatdan keçmiş ilk siyasi partiyanın – Milli İstiqlal Partiyasının yaradıcısı, 1992–2004-cü illərdə partiyanın sədri, hazırda fəxri lideri, 1992, 1998, 2003-cü illərdəki prezident seçkilərində Azərbaycan Respublikası Prezidentliyinə namizəd, 1990–2000-ci illərdə Azərbaycan Respublikası Milli Məclisinin və 1995-ci ildə Azərbaycan Respublikası Konstitusiya Komissiyasının üzvü, 60-dan artıq ölkənin 80 - dən artıq sağ-mərkəzçi partiyasını özündə birləşdirən Beynəlxalq Demokrat İttifaqının sədr müavini Etibar Səlidar oğlu Məmmədovun 70 illik yubileyi münasibətilə üç cilddə hazırlanıb və I cild onun həyat yolunun, milli istiqlal mücadiləsinin ötən əsrin 90-cı ilinin əvvəllərinə qədərki dövründən, siyasi fəaliyyətindən bəhs edir.