Tənzimat dövrü türk nəsrinin formalaşmasına Qərb ədəbiyyatının təsiri
Müəllif | Səmədova Ülkər |
---|---|
Nəşr olunduğu il | 2025 |
Elm sahəsi | Ədəbiyyat və dilçilik |
Nəşriyyat | Elm |
Nəşr yeri | Bakı |
Səmədova Ülkər. Tənzimat dövrü türk nəsrinin formalaşmasına Qərb ədəbiyyatının təsiri. Bakı, Elm , 2025.
Filologiya üzrə fəlsəfə doktoru Ülkər Qüdrət qızı Səmədovanın monoqrafiyasında köhnədən yeniyə keçid mərhələsi hesab edilən XIX asrin II yarısının ictimai-siyasi və ədəbi-mədəni mühiti müstəvisində türk nəsrinin və onun çoxşaxəli janrlarının təşəkkülü və inkişafı prosesinin sistemli elmi-nəzəri təhlili verilmişdir. Monoqrafiyada Tənzimat ədəbiyyatı dönəmində modern nəsrin və onun türk söz sənəti üçün tamamən yeni olan hekayə, roman və publisistik janrlarının təşəkkülü və formalaşması prosesi araşdırılmışdır