Azərbaycanın qurtuluş tarixi: Azərbaycanda vətəndaş müharibəsi. II cild
Müəllif | Abutalıb Səmədov |
---|---|
Nəşr olunduğu il | 2004 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | OSKAR NPM |
Nəşr yeri | Bakı |
Abutalıb Səmədov. Azərbaycanın qurtuluş tarixi: Azərbaycanda vətəndaş müharibəsi. II cild. Bakı, OSKAR NPM, 2004.
Oxuculara təqdim olunan bu kitab Azərbaycanda başlanmış olan vətəndaş müharibəsinin qarşısını almaq üçün AXC-Müsavat iqtidarının israrlı xahişləri və xalqın tələbi ilə Bakıya gələn ümummilli liderimiz Heydər Əliyevin Azərbaycan naminə apardığı müqəddəs mübarizəyə həsr olunmuşdu. Kitabda fərsiz iqtidarın yeritdiyi naşı siyasət nəticəsində Gəncədə törədilmiş qardaş qırğını və bu faciənin nəticələrini aradan qaldırmaq üçün Böyük Xilakarımızın atdığı müdrik addımlar rəsmi sənədlər və arxiv materialları əsasında öz təhlilini tapmışdır.
Yaxın tariximizin maraqlı səhifələrini özündə əks etdirən "Azərbaycanın qurtuluş tarixi" kitabının "Azərbaycanda vətəndaş müharibəsi" adlanan II cildinin geniş oxucu kütləsi tərəfindən maraqla qarşılanacağına inanırıq.