Şirməmməd Hüseynov (Şirməmməd Ağaməmməd oğlu Hüseynov):biblioqrafiya
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2024 |
Elm sahəsi | Biblioqrafiya |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
. Şirməmməd Hüseynov (Şirməmməd Ağaməmməd oğlu Hüseynov):biblioqrafiya . Bakı, , 2024.
Azərbaycan Milli Kitabxanasının "Azərbaycanın görkəmli şəxsiyyətlər" seriyasından nəşr etdiyi növbəti biblioqrafiya Azərbaycan jurnalistikasının görkəmli simalarından biri, mətbuat tədqiqatçısı, Ali Media Mükafatı laureatı, Prezident təqaüdçüsü, Əməkdar jurnalist, professor, pedaqoq Şirməmməd Hüseynovun anadan olmasının 100 illiyinə həsr edilmişdir. Biblioqrafiyada Şirməmməd Hüseynovun həyat və fəaliyyətinin əsas tarixlərı, görkəmli şəxsiyyətlərin onun haqqında fikirləri, alimin kitabları, dövri mətbuat, dərslik və məcmuələrdə çap olunmuş əsərləri, tərcümələri, həyat və yaradıcılığı haqqında zəngin materiallar toplanmışdır. Biblioqrafiyada həmçinin görkəmli alimin dünyanın ən zəngin milli, dövlət və universitet kitabxanalarında mühafizə olunan əsərləri də öz əksini tapmışdır