Heydər Əliyev. Təltiflər
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2004 |
Elm sahəsi | Siyasət. Siyasi elmlər |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
. Heydər Əliyev. Təltiflər. Bakı, , 2004.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev zəngin və mənalı həyatını büsbütün Vətənimiz doğma Azərbaycanın çiçəklənməsinə və xalqımızın rifahına həsr edərək, tutduğu bir-birindən uca vəzifələrdə Azərbaycan naminə misilsiz fədakarlıqla çalışmışdır.
Heydər Əliyevin əvəzsiz xidmətləri həmişə yüksək qiymətləndirilmişdir. Heydər Əliyev hələ Sovet İttifaqı zamanı ölkənin müxtəlif ali orden və medalları ilə təltif edilmiş, iki dəfə Sosialist Əməyi Qəhrəmanı adına layiq görüldüyünə görə anadan olduğu Naxçıvan şəhərində büstü qoyulmuşdur.
Müstəqil Azərbaycan Respublikasının Prezidenti kimi fəaliyyəti dövründə Heydər Əliyev dünyanın bir sıra dövlətlərinin ən yüksək mükafatları orden və medalları ilə təltif edilmiş, çoxsaylı elmi adlara, müxtəlif fəxri adlara və mükafatlara layiq görülmüşdür.
Bu kitabda Heydər Əliyevin təltif olunduğu ali orden və medallardan, yüksək mükafatlardan bəhs olunur.