Böyük ömrün anları
Müəllif | Akif Əli |
---|---|
Nəşr olunduğu il | 2004 |
Elm sahəsi | Siyasət. Siyasi elmlər |
Nəşriyyat | Təhsil |
Nəşr yeri | Bakı |
Akif Əli. Böyük ömrün anları. Bakı, Təhsil, 2004.
Yazıçı-publisist, filologiya elmləri namizədi Akif ƏLi-nin yeni ideya üzərində qurulmuş layihə əsasında hazırladığı kitab orijinal forma və məzmuna malikdir. Türk dünyasının iki görkəmli dövlət xadimi - Mustafa Kamal Atatürkün və Heydər Əliyevin ömür yolundan bəhs edən bu fəlsəfi esse müəllif fikrinin müxtəlif bədii ifadə vasitələrindən istifadə olunmaqla oxuculara çatdırılması ilə maraq doğurur. Belə ki, Atatürkün və H.Əliyevin bənzərsiz həyat yolu, böyük idealları, dahiyanə fikir-düşüncələri, Vətən uğrunda mübarizələri, xalq naminə fədakarlıqları və dövlət quruculuğu sahəsindəki misilsiz xidmətləri həm müvafiq sitatlar, aforizm və müdrik deyimlər, həm də oxşar foto-illüstrasiyalar cərgəsi ilə parallel montaj olunmuşdur. Mətnin və şəkillərin obrazh identifikasiyası nəticə etibarilə iki böyük şəxsiyyət haqqında müəllifin bədii-fəlsəfi-publisistik düşüncələrinin mahiyyətini açıqlayın Orijinal bədii priyomlarla yaradılmış kitab müəllifin gərgin yaradıcılıq axtarışlarının bəhrəsi kimi həm də tədqiq etdiyi mövzuya tam bələdliyindən və qəhrəmanlara səmimi münasibətindən xəbər verir. Forma və məzmun etibarilə anoloqu olmayan yeni kitabın oxucular arasında maraq