1920-ci ildə Qarabağ döyüşləri
Müəllif | Şəmistan Nəzərli |
---|---|
Nəşr olunduğu il | 2009 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
Şəmistan Nəzərli. 1920-ci ildə Qarabağ döyüşləri. Bakı, , 2009.
Ulu və zəngin Hərb tariximizin elə öyündürücü, dəyərli səhifələri var ki, indiyədək oxucu nəfəsi duymayıb. Belə unudulmuş səhifələr, ibrətli döyüş epizodları XIX-XX əsrlərdə yaşamış generallarımızın ömür və döyüş yolunda daha çox olmuşdur. Bütün bu tarixi həqiqətlər sovet totalitar rejimi illərində "Tamamilə məxfi "dir qrifi ilə arxivlərdə gizlədilmişdir. Bizə maddi və mənəvi yara vuranların məqsədi bəlli idi. Xalqımızı manqurılaşdırmaq, onun igidlik tarixini saxtalaşdırmaqla qan yaddaşından silmək istəyiblər. Yazıçı-publisist Şəmistan Nazirlinin yeni kitabında Azərbaycan sərkərdələrinin Port-Artur, Birinci dünya müharibəsi və 1920-ci ilin mart ayında daşnaq ermənilərinə qarşı aparılan ölüm-dirim döyüşləri tarixi faktlar əsasında qələmə alınıb. Polkovnik-leytenant Şəmistan Nəzirlinin əsəri qəhrəmanlıq tariximizi yaşatmaq, milli mənliyimizi qorumaq, yurd eşqi dəyər damarımıza güc vermək baxımından çox dəyərlidir.