Acılı-Şirinli günlər
Müəllif | Fatma Həsənqızı |
---|---|
Nəşr olunduğu il | 2020 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Nurlar |
Nəşr yeri | Bakı |
Fatma Həsənqızı. Acılı-Şirinli günlər. Bakı, Nurlar, 2020.
Fatma Həsənqızının"Acılı-şirinli günlər" bədii-bioqrafik əsəri orta məktəb partasından birbaşa poliqrafiya aləminə ayaq basan, yuxusuz gecələr, gərgin zəhməti bahasına elmi kitabları mütaliə edərək müstəqil olaraq rəngli klişelər hazırlamağı öyrənməklə həm həmkarlarını, həm də mətbəənin rəhbərliyini heyrətə salan, işə başladığı bir neçə ay ərzində artıq altıncı dərəcəli usta adına layiq görülən... lakin bununla kifayətlənməyərək istehsalatdan ayrılmadan ali təhsil alan, sonra isə Moskvada aspiranturaya daxil olaraq müvəffəqiyyətlə namizədlik dissertasiyasını müdafiə edən və bu günə qədər Azərbaycanda yeganə poliqrafçı alim olan, istehsalata gətirdiyi yeniliklərlə, idarəetmə qabiliyyəti, işi təşkil etmək bacarığı ilə rəhbəri olduğu mətbəələri nəinki respublika, hətta keçmiş İttifaq miqyasında birinci yerə çıxaran... hədsiz dərəcədə xeyirxah insan və sözün həqiqi mənasında işinin ustası olan, hər cür çətinlikləri məharətlə dəf edən, tanıyanlar tərəfindən öz həqiqi qiymətini alan... müəyyən səbəblərdən uzaq Ulyanovsk vilayətinə köçən... orada da vilayət poliqrafçılarının flaqmanı kimi ad çıxaran, ömrünün yeddinci onilliyini də poliqrafiya dünyasında yaşayan Şəddat Cəfərovun şərəfli və mənalı həyat yolundan, ibrətamiz əmək fəaliyyətindən, elmi axtarışlarından bəhs edir