GERIYƏ

İnsan inkişafının əsasları. Ali məktəblər üçün dərslik

Müəllif Ələkbərov Urxan
Nəşr olunduğu il 2016
Elm sahəsi Elm və təhsil
Nəşriyyat «Aspoliqraf
Nəşr yeri Bakı

Ələkbərov Urxan . İnsan inkişafının əsasları. Ali məktəblər üçün dərslik. Bakı, «Aspoliqraf, 2016.

Davamlı inkişaf XXI əsrin prioritetidir. Davamlı inkişaf naminə insan potensia lının formalaşdırılması və daim təkmilləşdirilməsi Azərbaycan Respublikasında dövlət siyasətinin başlıca tərkib hissəsidir. Təqdim olunan dərslikdə insan inkişafının planlaşdırılması və idarə edilməsi, bu istiqamətin sahələrarası elm kimi formalaşması, asas anlayışları, nəzəri mənbələri barədə müfəssəl məlumat verilib. Darslik davamlı inkişaf, insan potensialının təkmilləşdirilməsi sahəsində, xüsusilə idarəçilik kadrlarında, çağdaş bilik və bacarıqların formalaşdırılmasına yönəldilib. İşıqlandırılan möv zular yeni səpkidə, yeni siyasi və iqtisadi reallıqlar nəzərə alınmaqla təhlil edilib. Ali məktəblərin müxtəlif pillələrində və müxtəlif ixtisaslar üzrə təhsil alan tələbələr, fasiləsiz təhsil prosesinə cəlb olunan dövlət qulluqçuları üçün tövsiyə olunur