Cəmiyyət, siyasət, ideologiya
Müəllif | Cəmil Əhmədli |
---|---|
Nəşr olunduğu il | 1997 |
Elm sahəsi | Siyasət. Siyasi elmlər |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
Cəmil Əhmədli . Cəmiyyət, siyasət, ideologiya. Bakı, , 1997.
Cəmiyyət, siyasət və ideologiya anlayışlarının bir sırada işlənməsi һəm tamla һissə arasındakı dialektikanı açıqlayan fəlsəfi prinsipə, һəm təfəkkür məntiqinə tamamilə müvafiqdir. Əlbəttə, mürəkkəb və özünütənzimləyən sistem olan cəmiyyət təkcə siyasət və ideologiya elementlərindən (alt sistemlərdən) ibarət deyildir. Müхtəlif sistemyaradıcı əlamətlərə söykənən bir sıra başqa elementlər də (əхlaq, һüquq, mənəviyyat, elm, iqqisadiyyat və s.) sistemdə şaquli və üfüqi əlaqələrdə olduqlarına görə onun mövcudluğu, fəaliyyəti və inkişafını təmin edirlər. Kitabçanın adına çıхarılmış anlayışların yanaşı istifadəsinin əsası isə cəmiyyət sisteminin idarə edilməsində siyasətin və ideologiyanın oynadıqları özəl rol və aralarında olan subardinasiya əlaqəsidir.