Məhəmməd Peyğəmbərin (s.ə.s.) həyatı. (Mustafa Zəririn Kitabi- Siyərün-Nəbi əsəri əsasında), III cild
Müəllif | Rauf Cəfərzadə |
---|---|
Nəşr olunduğu il | 2024 |
Elm sahəsi | Din |
Nəşriyyat | Elm və təhsil |
Nəşr yeri | Bakı |
Rauf Cəfərzadə. Məhəmməd Peyğəmbərin (s.ə.s.) həyatı. (Mustafa Zəririn Kitabi- Siyərün-Nəbi əsəri əsasında), III cild. Bakı, Elm və təhsil, 2024.
Kitab Peyğəmbərimiz Məhəmməd Mustafanın (s.ə.s.) vəfatından sonra yazılmış ilk tarixi mənbələr əsasında işlənilmiş, sadələşdirilmiş, bədiiləşdirilmiş bir əsərdir. Əsərdə hadisələr Adəm peyğəmbərdən başalayaraq axırzaman peyğəmbəri, Ulu Tanrının Həbibi Hz. Məhəmmədin (s.ə.s.) vəfatına kimi dövrü əhatə edir. Bütpətəst ərəb qəbilələrinin ilk dövrdə Allahın Rəsuluna (s.ə.s.) və müsəlmanlara verdikləri əzab-əziyyət əks olunmuşdur. İslam dinini yaymaq yolunda Məhəmməd Peyğəmbərin (s.ə.s) və səhabələrinin apardıqları mübarizələr verilmişdir. I cilddə, Adəm peyğəmbərdən qüreyşlilərin Həbəş hökmdarı Necaşiyə müsəlman mühacirlərin geri qaytarılması üçün müraciətinə kimi dövr qələmə alınmışdır. II cild Necaşiyə müraciətdən Uhud savaşının sonuna kimi olan vaxtı və baş verən hadisələr haqqındadır. III cild Uhud döyüşünün sonundan Hz. Məhəmmədin (s.ə.s.) vəfatına kimi olan dövru əhatə edir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.