GERIYƏ

Məhəmməd Peyğəmbərin (s.ə.s.) həyatı. (Mustafa Zəririn Kitabi- Siyərün-Nəbi əsəri əsasında). II cild

Müəllif Rauf Cəfərzadə
Nəşr olunduğu il 2024
Elm sahəsi Din
Nəşriyyat Elm və təhsil
Nəşr yeri Bakı

Rauf Cəfərzadə. Məhəmməd Peyğəmbərin (s.ə.s.) həyatı. (Mustafa Zəririn Kitabi- Siyərün-Nəbi əsəri əsasında). II cild. Bakı, Elm və təhsil, 2024.

Kitab Peyğəmbərimiz Məhəmməd Mustafanın (5.5.5.) vəfatından sonra yazılmış ilk tarixi mənbələr əsasında işlənilmiş, sadələşdirilmiş, bədiiləşdirilmiş bir əsərdir. Əsərdə hadisələr Adəm peyğəmbərdən başalayaraq axırzaman peyğəmbəri, Ulu Tanrının Həbibi Hz. Məhəmmədin (s.ə.s.) vəfatına kimi dövrü əhatə edir. Bütpərəst ərəb qəbilələrinin ilk dövrdə Allahın Rəsuluna (s.ə.s.) və müsəlmanlara verdikləri əzab-əziyyət əks olunmuşdur. İslam dinini yaymaq yolunda Məhəmməd Peyğəmbərin (s.ə.s) və səhabələrinin apardıqları mübarizələr verilmişdir. I cilddə, Adəm peyğəmbərdən qureyşlilərin Həbəş hökmdarı Nəcaşiyə müsəlman mühacirlərin geri qaytarılması üçün müraciətinə kimi dövr qələmə alınmışdır. II cild Nəcaşiyə müraciətdən Uhud savaşının sonuna kimi olan vaxt və baş verən hadisələr haqqındadır. III cild Uhud döyüşünün sonun-dan Hz. Məhəmmədin (s.ə.s.) vəfatına kimi olan dövru əhatə edir. Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.