GERIYƏ

Nizami Gəncəvi - 880: "Nizami Gəncəvi yaradıcılığında multikultural və ümumbəşəri dəyərlər" məqalələr toplusu

Müəllif
Nəşr olunduğu il 2021
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Mütərcim
Nəşr yeri Bakı

. Nizami Gəncəvi - 880: "Nizami Gəncəvi yaradıcılığında multikultural və ümumbəşəri dəyərlər" məqalələr toplusu. Bakı, Mütərcim, 2021.

Nizami Gəncəvinin 800 illiyi ilə bağlı təmtəraqlı yubiley tədbirləri İkinci Dünya müharibəsindən sonra bütün sovet dövləti miqyasında keçirilmişdi. Bu istiqamətdə görülən iriçaplı işlərin ikinci dalğası 1981-ci ilə düşür. O zaman respublikamıza rəhbərlik edən ulu öndər Heydər Əliyevin təşəbbüsü və tapşırığı ilə dahi şairin anadan olmasının 840 illiyi ölkədə böyük təntənə ilə qeyd edilmiş, əsərlərinin bədii tərcümələrinin təkrar nəşrləri ilə yanaşı, filoloji tərcümələri də dərc olunmuşdu. Bunlardan başqa, Nizaminin həyat və yaradıcılığına həsr olunmuş çoxlu tədqiqat əsərləri, monoqrafiyalar işıq üzü görmüşdü.