Türkanə söz-ün misilsiz ustadı
Müəllif | Elşad Səfərli |
---|---|
Nəşr olunduğu il | 2022 |
Elm sahəsi | Bədii Ədəbiyyat |
Nəşriyyat | Elm |
Nəşr yeri | Bakı |
Elşad Səfərli. Türkanə söz-ün misilsiz ustadı. Bakı, Elm, 2022.
Dərs vəsaitində dahi Azərbaycan şairi Nizami Gəncəvi Şərq intibahının korifey nümayəndəsi kimi diqqətə alınsa da, lakin onun zəngin irsi ümumbəşəri mahiyyətinə, əxlaqi-estetik, əqli-mənəvi və ictimai əhəmiyyətinə görə dünya intibahının tərkib hissəsi kimi tədqiq təhlil müstəvisinə cəlb edilmişdir. Araşdırma prosesində bir qənaət də tam qətiləşdirilir ki, Nizaminin "Xəmsə"si və lirikası ümumbəşəri xarakterli, çoxşaxəli həyati və ictimai-siyasi problemləri, mövzuları özündə ehtiva edən rəngarəng, zəngin dünya əhəmiyyətli bir məxəzdir.
Burada həm də Nizami əsərlərinin sənətkarlıq xüsusiyyətlərindən konkret bəhs açılır, onun sənət estetikasının mükəmməlliyində məcazlar sisteminin rolu, həmçinin bədii irsinin tədrisi məsələlərinə toxunulmuşdur. Bu irsin bəzi mübahisəli təhlil tədqiq məqamlarına yeni baxış nümayişi əsərin orijinallıq göstəricisidir.
Əsər mütəxəssis filoloq və tələbə heyəti ilə yanaşı, elmi- kütləvi nəşr kimi geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur: