GERIYƏ

Seçilmiş əsərləri

Müəllif Əbdürrəhman Cami
Nəşr olunduğu il 2004
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Öndər nəşriyyat
Nəşr yeri Bakı

Əbdürrəhman Cami. Seçilmiş əsərləri. Bakı, Öndər nəşriyyat, 2004.

Əsrin böyük alimi və filosofu kimi tanınan Əbdürrəhman Cami Şərq alə-mində, xüsusən Orta Asiyada poeziyanın inkişafında müstəsna xidməti olan mütəfəkkir sənətkarlardandır. Tacik-fars ədəbiyyatının bu böyük klassiki özündən sonra zəngin bədii yaradıcılıq irsi qoyub getmişdir. Oxucuların diqqətinə təqdim olunan kitaba qüdrətli şairin iki əsəri: "Yusif və Züleyxa" ilə "Baharistan" daxil edilmişdir. Parlaq zəkalı şairin məhz bədii-fəlsəfi ruhlu "Yusif və Züleyxa" mənzum romanı onun şöhrətini daha çox yüksəldən, onu dünyaya tanıtdıran əsəridir. "Baharistan" isə Caminin nəsr əsərləri içərisində bədii əhəmiyyəti ilə seçilənidir. Bu əsər XIII əsrin məşhur şairi Sədi Şirazinin "Gülüstan"ına nəzirə olaraq yazılmışdır.