Böyük Müəllimdən öyrən
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2016 |
Elm sahəsi | Din |
Nəşriyyat | Yearbook of Jehovah’s Witnesses |
Nəşr yeri |
. Böyük Müəllimdən öyrən . , Yearbook of Jehovah’s Witnesses, 2016.
Böyük Müəllimdən öyrən adlı bu kitab belə vəziyyətlərin qarşısının alınması üçün nəzərdə tutulub. Burada övladlarınızla bir yerdə oxumağınız üçün ruhani məsələlərə dair mövzular var. Ən vacibi isə odur ki, kitab uşaqlarla kitabı oxuyanın arasında canlı söhbətin yaranmasına imkan verir.
Görəcəyiniz kimi, bu kitab uşaqları öz fikirlərini bildirməyə təşviq edir. Kitabda çoxlu maraqlı suallar var. Onlardan sonra tilda (~) işarəsi qoyulub. Bu işarə fasilə etməyin və uşağı öz fikrini deməyə təşviq etməyin lazım olduğunu xatırladır. Uşaqlar müzakirədə iştirak etməyi xoşlayırlar. Fikrini bölüşməyə imkan verilməyəndə isə, tezliklə onların marağı sönür.
Daha vacibi isə odur ki, bu suallar sizə uşağın düşüncə tərzini öyrənmə yə kömək edəcək. Əlbəttə, onun cavabları həmişə düz olmayacaq. Lakin uşağın düzgün qənaətə gəlməsi üçün kitabda hər sualdan sonra cavab da yazılıb.
Kitabın səciyyəvi xüsusiyyətlərindən biri orada 230-dan çox şəklin olmasıdır. Onların əksəriyyəti uşağı gördüyünə və oxuduğuna əsasən nə fikirləşdiyini söyləməyə təşviq edir. Buna görə də şəkilləri uşaqla birlikdə nəzərdən keçirin. Onlar öyrətdiyiniz vacib fikirləri vurğulamağa kömək edən gözəl təlim vəsaiti kimi xidmət edə bilər.