Balıqyetişdirmə İşləri
Müəllif | Aləddin Rzayev |
---|---|
Nəşr olunduğu il | 2019 |
Elm sahəsi | Aqrar |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
Aləddin Rzayev. Balıqyetişdirmə İşləri. Bakı, , 2019.
Balıq yetişdirmə işləri nohurçuluq təsərrüfatında vacib əhəmiyyətə malikdir. Bu modulu tamamladıqdan sonra tələbə balıqların yemlənməsini təşkil etmək üçün balıqları növlərinə görə seçməyi, qəfəslərdə, hovuzlarda əmtəəlik balıq yetişdirməyi, balıqların xəstəliklərdən profilaktikasını və müalicəsini, həmçinin,
iş yerində əməl ediləcək təhlükəsizlik, gigiyena-sanitariya və ekoloji qanunlara əməl etməyi bacarır. Respublikamızda əmtəə balıq yetişdirilməsinin inkişafı üçün, o cümlədən nohurlarda, göllərdə, su anbarlarında, dənizdə və s. balıq yetişdirilməsi üçün bütün zəruri şərait mövcuddur. Dərslik vəsaiti yazılarkən ölkə və xarici balıq təsərrüfatı elminin nailiyyətlərindən, balıq yetişdirən qabaqcıl müəssisələrin təcrübəsindən istifadə edilmişdir. Bu vəsaitdə balıq yetişdirilməsinin başlıca məsələləri qısa və aydın şəkildə şərh edilir. Burada balıqların həyat mühiti olan su haqqında, nohurlarda, hovuzlarda, qəfəslərdə yetişdirilən əsas balıqların biologiyası haqqında, nohurların tikilməsi, istehsalat prosesləri haqqında, balıqların xəstəlikləri və bu xəstəliklərə qarşı mübarizə üsulları haqqında malumatlar vardır.