GERIYƏ

2017 Yehovanın Sahidlərinin¸illik fəaliyyəti

Müəllif
Nəşr olunduğu il 2017
Elm sahəsi İqtisad elmləri
Nəşriyyat Yearbook of Jehovah’s Witnesses
Nəşr yeri

. 2017 Yehovanın Sahidlərinin¸illik fəaliyyəti. , Yearbook of Jehovah’s Witnesses, 2017.

Bizim eradan əvvəl, yeddinci əsrdə Hizqiyal peyğəmbərə möhtəşəm görüntü nazil olmuşdu. Peyğəmbər görüntüdə əzəmətli səmavi araba görmüşdü. Araba Külli-İxtiyar Sahibinin idarəsi ilə hərəkət edirdi. Arabanın necə hərəkət etməsi valehedici idi. O, ildırım sürətilə gedirdi, istiqaməti dəyişəndə belə, sürəti azalmırdı! (Hizq. 1:4, 9, 12, 14, 16-27). Bu görüntüdən görünür ki, Yehova Allahın təşkilatının səmavi hissəsi daim hərəkətdədir. Bəs bu təşkilatın yer üzü hissəsi barədə nə demək olar? Ötən xidmət ili sübut edir ki, Yehova Allah yer üzündəki xalqını sürətlə irəli aparır! Birləşmiş Ştatlardakı Beytel ailəsi Bruklindən yeni baş idarəyə, Uorvikə, həmçinin başqa binalara və sahəyə köçməklə məşğuldur. Digər filiallardakı beytellilər də tikinti və ya bərpa işləri ilə, filialların birləşdirilməsi və yeni binalara köçmək işi ilə məşğuldurlar. Bəs şəxsən sizin haqqınızda nə demək olar? Əminik ki, siz də boş durmamısınız.