GERIYƏ

Suvarmanın torpaqların diaqnostik göstəricilərinə təsiri. Monoqrafiya

Müəllif Məmmədova A.S.
Nəşr olunduğu il 2024
Elm sahəsi Texnika. Texniki elmlər
Nəşriyyat Class Print
Nəşr yeri Bakı

Məmmədova A.S. . Suvarmanın torpaqların diaqnostik göstəricilərinə təsiri. Monoqrafiya. Bakı, Class Print, 2024.

Monoqrafiyada suvarma suları və onların torpaqların diaqnostik göstəricilərinə təsirlərinin elmi təhlilləri araşdırılmışdır. Bu məqsədlə, Respublikamızda formalaşan müxtəlif suvarma şəbəkələri və onlardan ayrılan kanal, paylayıcı, arx suyunun keyfiyyət və kəmiyyət tərkibində gedən dəyişikliklər mövsümlər üzrə dinamikada izlənilmiş, onların torpaqların diaqnostik əlamətlərinə (mədəniləşmiş qatın qalınlığı, rəngi, əkin və əkinaltı qatın strukturu, qrunt suyunun dərinliyi, qleylilik əlamətləri və s.) təsirlərinin müqayisəli təhlilləri aparılmışdır. Monoqrafiyanın əsas müddəaları elm, təhsil, lahiyə müəssisələrində istehsalatda praktiki məsələlərin həllində geniş istifadə oluna bilər.