GERIYƏ

Azərbaycanın buğda genofondu

Müəllif Rüstəmov Xanbala Nəriman oğlu Abbasov Mehrac Əli oğlu Babayeva Sevda Maşalla qızı
Nəşr olunduğu il 2020
Elm sahəsi Aqrar
Nəşriyyat Müəllim
Nəşr yeri Bakı

Rüstəmov Xanbala Nəriman oğlu Abbasov Mehrac Əli oğlu Babayeva Sevda Maşalla qızı . Azərbaycanın buğda genofondu. Bakı, Müəllim, 2020.

Ekotiplərə əsasən qruplaşdırılmış botaniki növmüxtəlifliklərinin təyinatı isə, yenə də VİR təyinedicisinə əsasən cədvəl açarları şəklində verilmişdir. Monoqrafiyada Azərbaycanda buğdaların seleksiyasının qısa inkişaf tariхi, müasir vəziyyəti və perspektivləri işıqlandırılmışdır. Bundan başqa, burada yerli, xalq seleksiyası və ekstensiv tipli elmi seleksiya sortlarının, həmçinin yüksək aqrofona tələbkar, intensiv və yarımintensiv tipli, yüksək məhsuldarlığa və dən keyfiyyətinə malik müasir bərk və yumşaq buğda sortlarının morfobioloji xüsusiyyətləri, məhsuldarlıq və digər aqrobioloji göstəriciləri haqqında qısa məlumat verilmişdir. Monoqrafiyanın hazırlanmasında 271 ədəbiyyat mənbəyindən istifadə edilmişdir.