GERIYƏ

Allahın Padşahlığı hökmranlıq edir!

Müəllif
Nəşr olunduğu il 2014
Elm sahəsi Din
Nəşriyyat Watch Tower Bible and Tract Society of Pennsylvania
Nəşr yeri Germany

. Allahın Padşahlığı hökmranlıq edir!. Germany, Watch Tower Bible and Tract Society of Pennsylvania, 2014.

TƏSƏVVÜR EDİN Kİ, Bruklindəki Beyteldə xidmət edirsiniz. 1914-cü ilin oktyabr ayının 2-si cümə günü səhər çağıdır. Yeməkxanada öz yerinizdə əyləşib Rassel qardaşın gəlişini gözləyirsiniz. Birdən qapı açılır və Rassel qardaş içəri daxil olur. O, adəti üzrə bir az dayanıb Beytel ailəsinin üzvlərinə gülərüzlə: «Sabahınız xeyir», deyərək Beytel ailəsini salamlayır. Ancaq bu gün o, dərhal süfrənin başına keçib öz yerinə əyləşmir, əlini əlinə vurub təntənəli surətdə elan edir: «Digər xalqların vaxtı tamam oldu, onların padşahlarının sonu gəldi!» Sevincdən özünüzə yer tapa bilmirsiniz, çünki uzun müddətdir ki, səbirsizliklə bu anı göz ləyirdiniz! Beytel ailəsi bu sevindirici xəbəri səngimək bilməyən gurultulu alqışlarla qarşılayır.