GERIYƏ

Naşirin ölümü

Müəllif Nəcəfov İsa
Nəşr olunduğu il 2001
Elm sahəsi Bədii Ədəbiyyat
Nəşriyyat Nağıl evi
Nəşr yeri Bakı

Nəcəfov İsa. Naşirin ölümü. Bakı, Nağıl evi, 2001.

Respublikanın tanınmış ziyalılarından olan məhşur poliqrafçı, "Azərnəşr"in direktoru Əjdər Xanbabayev 1990-cı il may ayının 30-da Bakının mərkəzindəcə, namə`lum şəraitdə qətlə yetirildi. İş üzrə istintaq beş ildən çox davam etdi. Nəticədə istintaqın əhatə dairəsinə nəinki təkcə Azərbaycanın, bütövlükdə SSRİ -nin taleyiini həll edən adamların adı düşdü. Siyasi detektiv janrında yazılmış bu kitabın əsasını da 44808 saylı həmin cinayət işinin materialları təşkil edir. "Naşi-rin ölümü" adlanan bu romanda sovet imperiyasının süqutu ərəfəsində başlarını itirmiş hakim dairələrin sərsəm vurnuxmaları, həmçinin əllərindən sürüşüb çıxan hakimiyyəti saxlamaq naminə o zamankı SSRİ rəhbərliyinin və xüsusi xidmət orqanlarının istifadə etdikləri çirkin üsullar öz əksini çılpaqlığı ilə tapıb.