GERIYƏ

Xalqa Bağışlanan Ömür II

Müəllif
Nəşr olunduğu il 2004
Elm sahəsi Dövlətçilik, Siyasət
Nəşriyyat Şəms
Nəşr yeri Bakı

. Xalqa Bağışlanan Ömür II. Bakı, Şəms, 2004.

"Xalqa Bağışlanan Ömür" adlı bu kitabın birinci hissəsi tərəfimizdən hazırlanaraq ümummilli liderimizin sağlığında, 2001-ci ildə nəfis şəkildə buraxılmış və böyük oxucu marağına səbəb olmuşdur. Təəssuflər olsun ki, amansız ölüm kitabın ikinci hissəsinin möhtərəm Heydər Əliyevin sağlığında buraxılmasına imkan vermədi. Ümumxalq hüznünü əks etdirən bu hissəni çapa hazırlayarkən onun ruhu qarşısında borcumuzu cüzi də olsa yerinə yelirməyə çalışırıq. Ümummilli liderimiz, dünya şöhrətli siyasətçi, müstəqil Azərbaycanın memarı və yaradıcısı sabiq prezidentimiz Heydər Əlirza oğlu ƏLİYEVİN vəfatı bütün dünya azərbaycanlılarının. türkdilli xalqların, tərəqqipərvər bəşəriyətin dərin kədərinə səbəb olmuşdur. Milyonlarla qədir bilən insan öz kədərini bu və ya digər şəkildə ifadə etmişdir. Bu kitabda həmin insanların bir qisminin hüzn dolu fikirləri ifadə olunmuşdur. Dərin kədər anlarını yaşayan insanların göz yaşında çimən urək sözlərini həyəcansız oxumaq mümkün deyildir