Ağsu şəhəri orta əsrlərdə tarixi-arxeoloji araşdırma: III buraxılış
Müəllif | |
---|---|
Nəşr olunduğu il | 2011 |
Elm sahəsi | Tarix |
Nəşriyyat | Miras |
Nəşr yeri | Bakı |
. Ağsu şəhəri orta əsrlərdə tarixi-arxeoloji araşdırma: III buraxılış. Bakı, Miras, 2011.
Əziz oxucu, məlumunuz olduğu kimi AMEA-nın Arxeologiya və Etnoqrafiya Institutu və Milli Azərbaycan Tarixi Muzeyinin birgə Ağsu arxeoloji ekspedisiyası tərəfindən orta əsr Ağsu şəhər yerində genişmiqyaslı arxeoloji tədqiqatlara "Miras" İctimai Birliyinin maliyyə dəstəyi ilə 2010-cu ilin mart ayında başlanılıb. Mart-aprel aylarında 600 kvadratmetrlik sahəni əhatə edən və əsasən kəşfiyyat məqsədi daşıyan III qazıntı sahəsində tədqiqat işləri başa çatdırılıb. May ayında, Ulu öndər Heydər Əliyevin doğum günü ərəfəsində ekspedisiya tərəfindən III sahədə qazıntıların yekunlarına həsr olunmuş "Ağsu şəhəri orta əsrlərdə" kitab albomunun I buraxılışı çapdan buraxılıb. Bir müddət sonra həmin kitab-albom müəyyən ixtisarla ingilis dilinə tərcümə olunaraq nəşr edilib.