GERIYƏ

İstiqlal yürüşü 1918

Müəllif Ağayev Yusif, Əhmədov Səbuhi
Nəşr olunduğu il 2009
Elm sahəsi Hərbi iş
Nəşriyyat Altun Kitab
Nəşr yeri Bakı

Ağayev Yusif, Əhmədov Səbuhi. İstiqlal yürüşü 1918. Bakı, Altun Kitab, 2009.

Hər bir millətin keçmişi nəsillərin vahid tarixi əlaqəsini yaradan irili-xırdalı hadisələrdən ibarətdir. Hərbi-siyasi olaylar bu hadisələr sırasında xüsusi yer tutur. Məhz bu hadisələrin gedişində millət öz mövcudluğu uğrunda mübarizə aparır, bu mübarizədə möhkəmlənir, birləşir. Bəşər övladının ilk məskənlərindən olan Azərbaycan zəngin tarixi keçmişə malikdir. Əsrlər boyu beynəlxalq rəqabətin obyektinə çevrilən diyarımız öz mövcudluğu uğrunda ağır sınaqlardan keçmiş, qanlı döyüşlərdə iştirak etməli olmuşdur. Xarici işğalçılara qarşı aparılan mübarizədə xalqımız nəinki öz mövcudluğunu qoruyub saxlamış, hətta təkrarolunmaz mədəniyyət yaratmışdır. Bu, «Odlar ölkəsinin mərd oğlan və qızlarına xas olan döyüşkənlik ruhu, vətənpərvərlik sayəsində mümkün olmuşdur.