Xurma meyvəsindən müxtəlif çeşiddə qida məhsulları istehsalı texnologiyasının tədqiqi
Müəllif | Ə.Ə.Nəbiyev, E.N.Dostiyari |
---|---|
Nəşr olunduğu il | 2010 |
Elm sahəsi | İqtisad elmləri |
Nəşriyyat | Elm |
Nəşr yeri | Bakı |
Ə.Ə.Nəbiyev, E.N.Dostiyari. Xurma meyvəsindən müxtəlif çeşiddə qida məhsulları istehsalı texnologiyasının tədqiqi. Bakı, Elm, 2010.
Xurma meyvəsi yüksək qidalılıq və müalicəvi xüsusiyyətə malik olmaqla ölkəmizin bir çox rayonlarında geniş yayılmışdır. Onun tərkibi sadə şəkərlərlə (qlükoza, fruktoza), antioksidant xüsusiyyətinə malik fenol maddələri ilə, zülallarla, vitaminlərlə, mineral maddələrlə, o cümlədən yodla və digər qida komponentləri ilə daha zəngindir. Buna baxmayaraq bu qiymətli meyvədən səmərəli istifadə olunmur. Əhalidə bol ehtiyatı olan xurma meyvəsindən yalnız təzə halda 1-2 ay qida məhsulu kimi istifadə olunur. Bu meyvənin xeyli hissəsi emal olunmur və zay məhsul kimi tullanır. Bu məqsədlə biz xurma meyvəsindən istifadə etməklə müxtəlif çeşiddə qida məhsulları (şirə, püre, bəhməz) istehsal etmişik. Oxuculara təqdim olunan bu kitabdan uyğun ali məktəblərin bakalavr və magistr tələbələri, həmçinin doktorantları, elmi işçiləri və digər oxucu kütləsi də istifadə edə bilər.