Tikiş Məmulatlarının Materialşünaslığı
Müəllif | Sima Hüseynova |
---|---|
Nəşr olunduğu il | 2019 |
Elm sahəsi | İqtisad elmləri |
Nəşriyyat | |
Nəşr yeri | Bakı |
Sima Hüseynova. Tikiş Məmulatlarının Materialşünaslığı. Bakı, , 2019.
Bu dərslik tikiş istehsalatı istiqaməti üzrə nəzərdə tutulmuş ixtisasların tədrisində istifadə üçün tövsiyə olunur. Müstəqil Azərbaycan Respublikasının iqtisadiyyatı durmadan hər il sürətlə inkişaf edir. Bunun sayəsində xalqın rifah halı da günü-gündən yaxşılaşır və tikiş məmulatına olan tələbat da artır. Geyimin
layihələndirilməsi zamanı, onun istehsalında, istismar dövründə, təmizləndikdə, eləcə də yuyulduqda istifadə olunan əsas toxuculuq, toxumayan parça və köməkçi materialların xüsusiyyətlərinin öyrənilməsi mühüm əhəmiyyət kəsb edir. Bu məqsədlə hər bir seçilən material geyimin təyinatına, konstruksiyasına
və hazırlanan ülgü çertyojuna müvafiq olub-olmaması öyrənilməlidir. Müasir toxuculuq sənayesi cürbəcür müxtəlif çeşidli materiallar istehsal edir. Onların içərisində süni parçalar xüsusi yer tutur. Kimya sənayesinin belə sürətlə inkişafı, süni materialların təbii materiallara nisbətən sürətlə artması və onların təbii materiala nisbətən nöqsansız olması tikiş istehsalında özünə məxsus yer tutur. Hal-hazırda əzilməyən, sukeçirməyən, yüksək plastikliyə malik olan
parçalardan geniş istifadə olunur. Sonuncu bədənin bütün cizgilərini nümayiş etdirməyə imkan verir və bununla belə hərəkəti də çətinləşdirmir. Bu baxımdan tikiş məmulatı istehsalı materialşünaslığının öyrənilməsi müasir, yeni istehsal olunan süni və kimyəvi liflərdən və onların qarışığından hazırlanan materialların xassələrinin öyrənilməsi üçün vacibdir.